Mingəçevirdə sürücülər arasında yol verməyə görə DAVA – Bir nəfər baltalanıb - YENİLƏNİB

Mingəçevirdə sürücülər arasında yol verməyə görə DAVA – Bir nəfər baltalanıb - YENİLƏNİB

Hazırda oxunan: Mingəçevirdə sürücülər arasında yol verməyə görə DAVA – Bir nəfər baltalanıb - YENİLƏNİB

113923

Dünən saat 16 radələrində Mingəçevir şəhər sakini 1971-ci il təvəllüdlü Faiq Məmmədovun balta ilə 27 yaşlı Elvin Paşayevin baş nahiyəsinə xəsarət yetirməsi ilə bağlı şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, Faiq Məmmədov isə şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

09.19***

Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub, biri baltalanıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti "Köhnə Toxuculuq kombinatı" adlanan yerin qarşısında baş verib.

Belə ki, "Xəzər" markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Məmmədov Faiq Şikar oğlu yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı "Mercedes-Benz" markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Paşayev Elvin Camaləddin oğluna baş nahiyəsindən qəsdən balta ilə vurub "açıq kəllə beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı" xəsarətini yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO