Qarşıdakı 3 gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir.
Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 8-13° şaxta olacaq.
Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.
Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 6-11° şaxta olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:59 / 09.01.2023
Şuşa, Kəlbəcər və Laçında qarşıdakı 3 günün HAVA PROQNOZU
Hazırda oxunan: Şuşa, Kəlbəcər və Laçında qarşıdakı 3 günün HAVA PROQNOZU
Hazırda oxunan: Şuşa, Kəlbəcər və Laçında qarşıdakı 3 günün HAVA PROQNOZU
113866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.