“Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir” - Prezident

“Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir” - Prezident

Hazırda oxunan: “Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir” - Prezident

113791

“Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib - FOTO/VİDEO


“Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında”, - dövlət başçısı bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO