Qar yağışı müşahidə edilən Respublikanın bütün yollarında DYP əməkdaşlarının müşayiəti və təhlükəsizlik tədbirlərini təmin etməsi ilə paralel olaraq aidiyyatı qurumlar tərəfindən yolların qardan təmizlənməsi və qumlanması işi həyata keçirilir.
Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, paytaxt ərazisində və digər bölgələrdə bu işə çoxsaylı texnika və şəxsi heyət cəlb edilib:
“Yolların açılması istiqamətində işlər fasiləsiz davam etdirilir. Yolda qalan avtomobillərə köməklik göstərilir, təhlükəli yollarda nəqliyyat vasitələri patrul avtomobilləri tərəfindən müşayiət olunur”.
Bizim.Media