Paytaxtda hoteldə transseksualları döydülər

Paytaxtda hoteldə transseksualları döydülər

Hazırda oxunan: Paytaxtda hoteldə transseksualları döydülər

113722

Bakıda hotellərdən birində insident baş verib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən “AEF” hoteldə cinsi azlıq nümayəndəsi (transseksual) olan iki gənc döyülüb.

Belə ki, hotelə dəvət edilən 2005-ci il təvəllüdlü S.A. və 2003-cü il təvəllüdlü S.Ş. görüşdükləri şəxslərin hücumuna məruz qalıb.

Müxtəlif dərəcəli xəsarətlər alan şəxslər üzləşdikləri hadisə barədə polisə məlumat veriblər. Onlar daha sonra 41-ci Polis Bölməsinə gedərək şikayət ərizəsi yazıblar.

İlkin araşdırmalardan sonra cinsi azlıq nümayəndələrini döyən şəxslərin Qazaxıstan vətəndaşı, 1993-cü il təvəllüdlü N.Zakirov və Gəncə sakini, 1996-cı il təvəllüdlü A.Həbillahov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO