Fransa Burkina-Fasodan qüvvələrini geri çəkir

Fransa Burkina-Fasodan qüvvələrini geri çəkir

Hazırda oxunan: Fransa Burkina-Fasodan qüvvələrini geri çəkir

113599

Fransa xüsusi təyinatlıların Burkina-Fasonun paytaxtı Uaqaduquda yerləşən bazasından çıxarılmasını istisna etmir.

Bizim.Media xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Burkina-Fasodakı qüvvələrin çıxarılması və ya sayının dəyişdirilməsi məsələsi Fransa silahlı qüvvələrinin gələcək inkişafı proqramı ətrafında davam edən müzakirələrlə bağlıdır.
Fransa Prezidenti Emmanuel Makron bu il yanvarın 20-nə planlaşdırılan ənənəvi Yeni il müraciəti zamanı bu mövzuya toxuna bilər.

Bundan əvvəl "BBC" Burkina-Fasonun öz səfirini geri çağırmaq tələbi ilə Fransaya müraciət etdiyi barədə məlumat yayıb.

2022-ci ilin noyabrında Burkina-Fasoda Uaqaduqu əyalətinin paytaxtında Fransa qoşunlarının Afrika ölkəsinin ərazisindən çıxarılması tələbi ilə nümayiş keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO