Borca görə əmisi oğlunu avtomobillə vurdu

Borca görə əmisi oğlunu avtomobillə vurdu

Hazırda oxunan: Borca görə əmisi oğlunu avtomobillə vurdu

11359

İmişli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Aranlı kəndində qeydə alınıb.

 

MÖVZU İLƏ BAĞLI:

3 nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı dəhşətli qəzadan - FOTOLAR


1991-ci il təvəllüdlü Vəliyev İsa Nadir oğlu ilə əmisi oğlu arasında borc üstündə mübahisə yaranıb. Mübahisə sonda ağır xəsarətlə nəticələnib. İ.Vəliyevin qohumlarının dediyinə görə, əmisi oğlu idarə etdiyi "Range Rover" markalı avtomobillə bilərəkdən İ.Vəliyevi vurub.

Müxtəlif xəsarətlər alan yaralı İmişi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ baldır və sol bud sümüklərinin sınıqları diaqnozları qoyulub.

İ.Vəliyevin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO