Ramiz Mehdiyevin oğlu da kreslosunu itirir?

Ramiz Mehdiyevin oğlu da kreslosunu itirir?

Hazırda oxunan: Ramiz Mehdiyevin oğlu da kreslosunu itirir?

113544

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra onun qardaşı Məhərrəm Talıbov və oğlu Seymur Talıbov da vəzifələrini itirdi.

Bu vəziyyət Parlament Asambleyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı məsələni yenidən gündəmə gətirib.

Belə ki, R. Mehdiyevin Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsini tutan oğlu Teymur Mehdiyevin də kreslosunu itirəcəyilə bağlı müzakirələr gedir.
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-da yeni DÖNƏM – Elmimiz Mehdiyev şəbəkəsindən qurtula biləcəkmi?


“Yenisabah.az” saytı da bu barədə iddia ilə çıxış edib. Mənbənin əldə etdiyi məlumata görə, general Teymur Mehdiyev də yaxın günlərdə istehfaya göndəriləcək.

Sözügedən məlumatlarla bağlı Bizim.Media-ya açıqlamasında münasibət bildirən sabiq millət vəkili, politoloq Cümşüd Nuriyev qeyd edib ki, Teymur Mehdiyevin istefaya göndərilməsi Prezidentin səlahiyyətləri çərçivəsindədir:

“Lakin istefaya göndərilməsi gözlənilən tək şəxs T. Mehdiyev deyil.  Bu həyatı yaşamalı olan o qədər insan var ki. Kimlər ki, vəzifədə olur, onun qohum-əqrəbasını da həmin şəxsin tutduğu mövqeyə görə qabağa çəkirlər. Açığı, son hadisələrdən sonra çox insanın vəzifədən uzaqlaşdırılacağını gözləyirəm. Təbii ki, bu, mənim səlahiyyətim olmasa da, arzumdur”.

Müsahibimiz Ramiz Mehdiyevin uzun müddətdir ki, vəzifəsindən uzaqlaşdırılmasına rəğmən, oğlunun hələ də kreslosunu qoruması ilə bağlı da fikirlərini bölüşüb:

“Onların təkcə qohumlarını yox, vəzifəyə gətirdikləri adamları da təmizləmək lazımdır. Çünki o adamlar təsadüfi yox, nəyinsə hesabına kreslo sahibi olublar”.
Qeyd edək ki, 1975-ci ildə dünyaya gələn Teymur Mehdiyev 1997-ci ildən etibarən müxtəlif nazirliklərdə məsul vəzifələrdə çalışıb. O, 2014-cü ilin mayında, cəmi 38 yaşında general-mayor rütbəsi alaraq Fövqəladə hallar nazirinin müavini vəzifəsinə təyin olunub. T. Mehdiyev artıq 8 ildən çoxdur ki, müvafiq vəzifədədir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO