Nensi Pelosini əvəz edəcək şəxs bəlli oldu

Nensi Pelosini əvəz edəcək şəxs bəlli oldu

Hazırda oxunan: Nensi Pelosini əvəz edəcək şəxs bəlli oldu

113491

ABŞ-ın 118-ci Konqresi Kaliforniyadan olan respublikaçı Kevin Makkarti Nümayəndələr Palatasının sədri seçdi. 

Bizim.Media xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının qarşısını almaq üçün təxribat xarakterli hərəkətləri ilə tanınan Kaliforniya əsilli demokrat, qızğın ermənipərəst Nensi Pelosini əvəz edəcək. 

Bundan əvvəl Makkarti Respublikaçı Nümayəndələr Palatasının Azlıq Rəhbəri vəzifəsində çalışıb. Ən əsası o, Azərbaycan, Türkiyə və Ermənistana münasibətdə nisbi neytrallığı və mötədilliyi ilə seçilir. 
Qeyd edək ki, Makkarti ABŞ-dakı erməni icması arasında o qədər də populyar deyil, bunu ABŞ-dakı ermənilərin ən böyük və nüfuzlu təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) saytında onun aşağı reytinqi sübut edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO