Zaqatalada yeni “İşıqlı kənd” layihəsindən 5 bölgə faydalanacaq – FOTO  

Zaqatalada yeni “İşıqlı kənd” layihəsindən 5 bölgə faydalanacaq – FOTO  

Hazırda oxunan: Zaqatalada yeni “İşıqlı kənd” layihəsindən 5 bölgə faydalanacaq – FOTO  

113466

Zaqatala rayon icra hakimiyyətinin təşəbbüsü ilə “İşıqlı kənd” layihəsi çərçivəsində rayonun Əliabad qəsəbəsi, Muxax, Yeni Suvagil və Çobankol kəndlərində küçələrin işıqlandırılması uğurla davam edir. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.   

Bildirilir ki, layihə çərçivəsində piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçələrdə təhlükəsizliyin təmin edilməsi və hərəkətin asanlaşdırılması məqsədi ilə yeni işıqlandırılma dirəkləri quraşdırılıb. 
Hazırda rayonun Gözbarax kəndində də bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə rayonun digər yaşayış məntəqələrində də yeni işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO