Zelenski İsveçin Baş naziri ilə Aİ-yə daxil olmağı MÜZAKİRƏ ETDİ 

Zelenski İsveçin Baş naziri ilə Aİ-yə daxil olmağı MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Zelenski İsveçin Baş naziri ilə Aİ-yə daxil olmağı MÜZAKİRƏ ETDİ 

113447

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristerssonla videokonfrans keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenksi sosial şəbəkə hesabında paylaşım edib.

O, Baş nazirə Ukraynanın müdafiə qüvvələrinin təhdidlərə adekvat cavab verməyə hazır olması üçün əsas ehtiyacları barədə məlumat verib. O, cəbhədəki vəziyyət və eskalasiya riskləri barədə ətraflı danışıb.
Liderlər Avropa İttifaqı Şurasına sədrlik dövründə İsveçin prioritetlərini müzakirə ediblər: “Biz gözləyirik ki, sizin sədrliyinizlə Aİ-yə daxil olmaqla bağlı danışıqlara başlayaq. Bu, ordumuz üçün güclü motivasiya və cəmiyyətimizin ümumi istəyidir. İnanırıq ki, bu, Aİ daxilində birlik üçün güclü stimul olacaq”.

Ukrayna Prezidenti həmçinin, göstərilən humanitar yardıma görə təşəkkür edib və Kiyevdə şəxsi görüş zamanı Kristerssonu bütün istiqamətlərdə dialoqu davam etdirməyə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO