“WhatsApp” və “İnstagram” idarəçilik qaydalarımızı qəbul etməyənə qədər fəaliyyət göstərə bilməyəcəklər.
Bizim.Media xəbər verir ki, bunu İranın daxili işlər nazirinin müavini Seyid Məcid Mirəhmədi deyib.
O bildirib ki, “WhatsApp” və “İnstagram” ölkənin idarəçilik qaydalarını qəbul etmədiyi dövrdə, İranda fəaliyyət göstərməsi mümkün deyil.
“Bu iki proqram dünyanın bütün ölkələrində təhlükəsizlik, mədəni və siyasi sahədə həmin ölkənin idarə edən prinsiplərə uyğun davranmağı fəaliyyətlərinin şərti olaraq qəbul edib. Lakin İran İslam Respublikası ilə bağlı həmin qaydaları tətbiq etmir. Onlar faktiki olaraq bizim suverenliyimizi pozurlar və bu, ölkəmizin müstəqillik prinsipinə ziddir”, o deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:05 / 06.01.2023
İran “WhatsApp” və “İnstagram”ın fəaliyyəti ilə bağlı şərtlərini AÇIQLADI
Hazırda oxunan: İran “WhatsApp” və “İnstagram”ın fəaliyyəti ilə bağlı şərtlərini AÇIQLADI
Hazırda oxunan: İran “WhatsApp” və “İnstagram”ın fəaliyyəti ilə bağlı şərtlərini AÇIQLADI
113341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.