Ceyhun Bayramov Vendi Morton ilə görüşdü

Ceyhun Bayramov Vendi Morton ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov Vendi Morton ilə görüşdü

11334

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Məlumata görə, V.Mortonu səmimi salamlayan C.Bayramov ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı səviyyəsini məmnunluqla qeyd edib.

C.Bayramov bölgədəki cari vəziyyətdən bəhs edərək 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Üçtərəfli bəyanatlara əsasən, bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılışı, habelə yeni nəqliyyat dəhlizinin çəkilişinin bölgədə tərəqqinin təmin edilməsi və insanlar arasında münasibətlərin normallaşmasına xidmət edəcəyi vurğulanıb.

 

MÖVZU İLƏ BAĞLI:

Ətraf mühit və iqlim dəyişikliyi sahəsində anlaşma memorandumu imzalandı


Ermənistanda bəzi insanlar tərəfindən sərgilənən neqativ ritorikanın heç də münasibətlərin normallaşmasına xidmət etmədiyi, əksinə xalqlar arası ədavətin dərinləşdirilməsi məqsədi güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyi, BMT TŞ-nin məlum qətnamələrinin icrasını təmin etdiyi vurğulanaraq mövcud olan yeni reallığın hər kəs tərəfindən qəbul olunmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri üzrə, o cümlədən strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfə verməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

V.Morton gender bərabərliyi, yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Böyük Britaniyanın Azərbaycanın ərazilərinin minadan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu vurğulayıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO