Göygöldə əhalinin su təminatı PROBLEMLƏRİ - FOTO 

Göygöldə əhalinin su təminatı PROBLEMLƏRİ - FOTO 

Hazırda oxunan: Göygöldə əhalinin su təminatı PROBLEMLƏRİ - FOTO 

113299

Göygöl rayonunda əhalinin su ilə təminat problemləri həll olunur. 

Göygöl rayonunun iki kəndində məhsuldarlığını tam itirmiş iki ədəd subartezian quyusu yenidən qazılaraq bərpa olunub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun Xaqani və Quşqara kəndlərində iki subartezian quyusu yenidən qazılıb və artıq sakinlərin istifadəsinə verilib. Rayon icra hakimiyyətindən onu da bildiriblər ki, Göygöl Suvarma Sistemləri İdarəsinin balansında olan “Xan arxı” su kanalı lil və tullantılardan təmizlənib, su itkisinin qarşısının alınması məqsədi ilə 2 km hissəsi beton üzlüyə alınıb. 
Məlumat üçün bildirək ki, “Xan arxı” kanalınin məcrasının bəzi ərazilərdə yuyulması nəticəsində suyun bol olan vaxtları mütəmadi daşqınlar baş verirdi və bu da vətəndaşların narazılığına səbəb olurdu. 

Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO