Orduda cinayət hadisələrinin qarşısının alınması ilə bağlı tədbirlər planı İMZALANDI

Orduda cinayət hadisələrinin qarşısının alınması ilə bağlı tədbirlər planı İMZALANDI

Hazırda oxunan: Orduda cinayət hadisələrinin qarşısının alınması ilə bağlı tədbirlər planı İMZALANDI

113296

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"na əsasən 2023-cü ildə terrorçuluq və ekstremizmin bütün təzahürlərinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Bundan başqa, bu il ərzində Azərbaycan Ordusunda hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində də hər iki qurum arasında birgə tədbirlər planı imzalanıb. 

Plana əsasən müxtəlif kateqoriyalı hərbi qulluqçularla keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib. 

Bu il ərzində Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunacaq görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlərin həyata keçirilməsi planlaşdırlır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO