Rio-de-Janeyroda "Marakana" stadionunun yaxınlığındakı küçəyə Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin adı verilib.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər meri Eduardo Paes şəxsi tviter hesabında paylaşım edib.
"İndi rəsmidir! Kral Pele prospekti!", - o yazıb.
Lövhədə həmçinin bu sözlər qeyd olunub: "Edson Arantes do Nasimento (Pele) əsrin idmançısı, bütün zamanların ən böyük futbolçusudur. O, dünyanın gözündə Braziliya ilə sinonimdir".
Qeyd edək ki, Pele uzun sürən xəstəlikdən sonra 2022-ci il dekabrın 29-da 83 yaşında vəfat edib. Son illər o, xərçəng xəstəliyindən müalicə olunurdu.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:28 / 06.01.2023
"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verildi
Hazırda oxunan: "Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verildi
Hazırda oxunan: "Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verildi
113263
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.