Ağdaşda üzərində tapança gəzdirən şəxs tutuldu – FOTO  

Ağdaşda üzərində tapança gəzdirən şəxs tutuldu – FOTO  

Hazırda oxunan: Ağdaşda üzərində tapança gəzdirən şəxs tutuldu – FOTO  

113174

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum tutularaq istintaqa təhvil verilib. 

Bizim.Media xəbər verir ki,əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər də məhkum olunmuş rayon sakini Ağa Məmmədov saxlanılıb.  

Üzərinə keçirilən baxış zamanı ondan “Naqan” markalı tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb. Ağa Məmmədov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını və üzərində daşıdığını bildirib.  
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO