Şəmkirdə AĞIR QƏZA - Sürücü xəstəxanalıq oldu

Şəmkirdə AĞIR QƏZA - Sürücü xəstəxanalıq oldu

Hazırda oxunan: Şəmkirdə AĞIR QƏZA - Sürücü xəstəxanalıq oldu

113119

Şəmkir rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər ağır xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm kəndində baş verib. 

Belə ki, hərəkətdə olan VAZ markalı minik maşınının sürücüsü idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində maşının sürücüsü - 1997-ci il təvəllüdlü Murad Daşdəmirov müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO