Şabranda qəzaya düşən polis əməkdaşının SON DURUMU - YENİLƏNİB

Şabranda qəzaya düşən polis əməkdaşının SON DURUMU - YENİLƏNİB

Hazırda oxunan: Şabranda qəzaya düşən polis əməkdaşının SON DURUMU - YENİLƏNİB

113103

Ötən  gün xidmət etdiyi ərazidə avtomobil tərəfindən vurulan yol patrul xidməti əməkdaşı, 32 yaşlı Röyal Ağayev artıq evə buraxılıb. 

Bu barədə Bizim.Media-ya Şabran Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Qeyd edək ki, yanvarın 4-də axşam saat 22 radələrində Bakı-Quba yolunun Şabranın Gəndab kəndindən keçən hissəsində xidmət edən yol patrul xidməti əməkdaşı, 32 yaşlı Röyal Ağayev hərəkətdə olan avtomobil tərəfindən vurulub. Yol polisi Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır. 

23.00

Şabranın Gəndab kəndi yaxınlığında  yol polisi Röyal Ağayevin nəqliyyat vasitəsi tərəfindən vurulması barədə məlumat vermişdik.

Bizim.Media-nın Gəndab kənd sakinlərindən əldə etdiyi məlumata görə, həmin vaxt yolda yük maşını ilə CİP avtomobili toqquşub. Sonra isə yük maşını ərazidə xidmət aparan yol polisini vurub.

Siyəzən rayon sakini olan yol patrul xidməti əməkdaşı dərhal xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə motivi araşdırılır.

*** 22:22

Şabranda yol polisi avtomobilin zərbəsinə tuş gəlib.

Bizim.Media xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci km-də, Şabranın Gəndab kəndi ərazisində qeydə alınıb.

Burada xidmət edən yol patrul xidməti əməkdaşı, 32 yaşlı Röyal Ağayev hərəkətdə olan avtomobil tərəfindən vurulub. Yol polisi Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onu vuran sürücünün kimliyi araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO