Avrasiya Muxtar Vilayətindəki “Amur pələngi” mərkəzindən maraqlı görüntülər qeydə alınıb.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, prezident pələngləri fototələyə düşüblər, yəni uzun zamandan sonra qoruğun veb kameralar olan hissəsində görünüblər.
MÖVZU İLƏ BAĞLI:
Kərgədanlar koronavirusa minnətdarlıq edir – VİDEO
Məlumat üçün deyək ki, tayqa meşələrinin şərq hissəsində zəif düşmüş 5 pələng 2013-cü ildə nəzarətə götürülüb. “Boris” və “Svetlaya” adlı pələnglər bir il sonra yenidən vəhşi təbiətə buraxılıblar.
Yırtıcıların təbiətə geri dönüşü tədbirində Rusiya prezidenti Vladimir Putin də iştirak edib. Bu səbəbdən həmin zolaqlılara hələ də prezident pələngləri deyirlər.
Həmin cütlüyün balaları da var və hələ yetkin olmayan pələng davamçılarının yaxın zamanda Borisgildən ayrılacağı proqnoz olunur.
Çünki pələnglər sürü formasında yaşayan yırtıcı deyil və müəyyən dövr balalarına baxdıqdan sonra onları öz müqəddəratlarını müəyyən etmək üçün vəhşi təbiətdə sərbəst buraxırlar.
Avrasiya Muxtar Vilayətində cəmi 20 Amur pələngi qalıb. Ümumiyyətlə, pələnglərin bu növü “Qırmızı kitab”a salınıb.
Amur çayı sahillərindəki meşələr və Asiyanın şimal-şərqində ümumən 400 Amur pələngi yaşayır. Qeyd edək ki, bu pələnglər ən böyük pişik növüdür.
Amma hazırda Hindistanın cəngəlliklərində yaşayan daha aqresiv hesab olunan bəzi benqal pələngləri cinsinin amur növündən böyükür.
Alimlər bunu müəyyən iqlim dəyişiklikləri ilə izah edirlər. Çünki əvvələr amur pələnginin çəkisi 306 kiloqrama qədər olurdusa, hazırda ən ağır amur pələngi 212 kq-dır.
Sonda onu da deyək ki, amur pələngləri gecələri insandan 5 dəfə daha yaxşı görür.
Anar Rəhimov, Bizim.Media