Əməkdar artist Aygün Bəylər Milli Konservatoriyanın önündə olan Üzeyir Hacıbəylinin heykəlinə edilən hörmətsizliyə qarşı sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, sənətçi kimliyi naməlum iki şəxsin dahi bəstəkarın heykəlinə ayaqqabı atılarkən çəkilmiş videonu sosial şəbəkə hesabında paylaşıb.
A. Bəylər “Bu nə biabırçılıqdır?!” şərhi ilə sözügedən məsələyə tənqid edici münasibətini bildirib.
Rəşad Əliyev, Bizim.Media