Ələkbər Yasamallı ÜZƏ ÇIXDI:

Ələkbər Yasamallı ÜZƏ ÇIXDI: "Haqqımda yayılan məlumatlar yalandır" - FOTO

Hazırda oxunan: Ələkbər Yasamallı ÜZƏ ÇIXDI: "Haqqımda yayılan məlumatlar yalandır" - FOTO

112995

"Bir neçə gündür sosial şəbəkələrdə, bəzi saytlarda haqqımda yalan məlumatlar paylaşılır. Onlar hamısı reytinq üçün bunu edirlər. Azərbaycandayam, heç bir problem yoxdur, hər şey şükürlər olsun ki, yaxşıdır"

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı (Quliyev) sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Aylar əvvəl Almaniyaya getdiyi haqda məlumatlar yayılan, daha sonra xəstələndiyi bildirilən, bir neçə gün öncə isə Vətənə geri qayıtdığı və səhhətində yaranmış problemlərə görə həddən artıq çəki atdığı deyilən söz xiridarı bunların şaiə olduğunu dilə gətirib.

"Bu postu paylaşmaqda məqsədim odur ki, bütün doğmalarım, yaxınlarım, məni sevənlər, mənə dəyər verənlər bilsinlər ki, hər şey yaxşıdır, narahatçılığa heç bir səbəb yoxdur, hər şey qaydasındadır. O yalan məlumat paylaşan şəxslər də düşüncəsiz insanalardı.
İnsan addım atanda gərək fikirləşsin ki, hansısa bir yalan məlumata görə yaxınlarım, doğmalarım narahat olur və nigaran qalırlar. Haqqımda yalan məlumatlar paylaşan səhifə adminlərindən tələb edirəm ki, onları siləsiniz. Bakıdayam! Hər kəsə xoş günlər nəsib eləsin Allah".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO