Ağdaşda ƏMƏLİYYAT: Narkotik satan şəxslər SAXLANILDI - FOTO

Ağdaşda ƏMƏLİYYAT: Narkotik satan şəxslər SAXLANILDI - FOTO

Hazırda oxunan: Ağdaşda ƏMƏLİYYAT: Narkotik satan şəxslər SAXLANILDI - FOTO

112985

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki gündə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən 5 nəfər tutulub. Onlardan 3 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Radik Hacıyev saxlanılıb.

Onun üzərinə, eləcə də yaşadığı ünvana baxış keçirilərkən ümumilikdə 1 kiloqram 400 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

Keçirilən digər əməliyyatlar nəticəsində isə daha 4 nəfər rayon sakini – Rəşad İsmayılov, Nicat Məmmədov, Murad Səlimov və Taleh Əzizov tutularaq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 1 kiloqram 500 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətləri törətdikləri üçün məhkum olunmuş şəxslərdir.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO