“3 səbəb neftin qiymətini artırdı” – İLHAM ŞABAN

“3 səbəb neftin qiymətini artırdı” – İLHAM ŞABAN

Hazırda oxunan: “3 səbəb neftin qiymətini artırdı” – İLHAM ŞABAN

11296

Səudiyyə Ərəbistanın 1 milyon barel neft hasilatının fevral ayının 1-dən azaltması neftin qiymətinin artmasına səbəb oldu.

Bu sözləri Bizim.Media-ya ekspert İlham Şaban söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Neft bahalaşır, valyuta ehtiyatlarımız artacaq” - DEPUTAT


Əlavə edib ki, daha iki səbəb, fevral ayından OPEC-in neft hasilatının artırmaması və Co Baydenin 1.9  trilyon dollar iqtisadiyyatın dirçəldilməsi ilə bağlı yardım paketi neftin qiymətinin artmasına səbəb olub. 

Ekspert vurğuladı ki, neftin qiymətinin artması ilə Azərbaycanın gəlirləri nə qədər artacaq, bu məhz Maliyyə Nazirliyinin üzərinə düşən bir işdir.

Xatırladaq ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 1,06% artaraq 1 barelə görə 59,97 dollar olub. Azərbaycan neftinin qiyməti isə 60 dolların üstündədir.

Gülşanə Mustafayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO