Aşqabadda səhnədə azərbaycanlı müğənnini qucaqlayan qız universitetdən qovuldu – VİDEO

Aşqabadda səhnədə azərbaycanlı müğənnini qucaqlayan qız universitetdən qovuldu – VİDEO

Hazırda oxunan: Aşqabadda səhnədə azərbaycanlı müğənnini qucaqlayan qız universitetdən qovuldu – VİDEO

112945

Yeni il ərəfəsində Türkmənistanın paytaxtı Aşqabad şəhərində xarici estrada ulduzlarının konsertləri keçirilib. Onların arasında Rusiyanın məşhur müğənnisi, milliyətcə azərbaycanlı olan “Jony” də (əsl adı Cahid Əfrail oğlu Hüseynli) olub. 

Bizim.Media “Turkmenportal” nəşrinə istinadən xəbər verir ki, onun 10 min tamaşaçı toplayan konserti dekabrın 27-də baş tutub.

Müğənninin çıxışı zamanı pərəstişkarı səhnəyə qaçaraq onu qucaqlayıb. Cəmi bir dəqiqə sonra qızı üç qara kostyumlu kişi səhnə arxasına aparıb. Hadisənin videosu sosial şəbəkələrdə geniş yayılıb.
İndi Aşqabadda qızın Dövlət Maliyyə İnstitutunun (keçmiş Xalq Təsərrüfatı İnstitutu) 2-ci kurs tələbəsi olduğu, lakin nalayiq davranışına görə universitetdən xaric edildiyi, 15 sutkalıq həbs cəzası çəkdiyi barədə məlumatlar yayılır.

“Jony”dən başqa Dima Bilan, Nyuşa, İrem Deriji və Mustafa Sandal Türkmənistanın paytaxtında konsert veriblər. Biletin rəsmi qiyməti 100 Türkmənistan manatı (dövlət kursu ilə 29 dollar) olub. Kassalarda böyük növbələr yaranıb və biletlər əldə bir neçə dəfə baha satılıb.
Polis növbələrdə yaranan qalmaqalları və davaları dayandırmağa çalışıb və bütün bunları mobil telefonla lentə alanları yaxalayıb.

Bu arada “Jony” konsertdən sonra verdiyi müsahibədə bildirib ki, gələcəkdə onun musiqisi “hörmətli Arkadağın musiqisinə bənzəsə sadəcə gözəl” olacaq.

"Və hələ də ortaq mahnı yazsaq, mən ümumiyyətlə çox xoşbəxt olacağam" deyə müğənni qeyd edib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO