Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlandı

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlandı

Hazırda oxunan: Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlandı

112935

2022-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 383,8 milyon manat təşkil edib.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, istehsal edilən məhsulun 4 milyard 952,5 milyon manatı heyvandarlıq, 5 milyard 431,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO