“Qarabağ”ın futbolçusu dünyanın bombardirləri siyahısına düşüb

“Qarabağ”ın futbolçusu dünyanın bombardirləri siyahısına düşüb

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu dünyanın bombardirləri siyahısına düşüb

112879

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı 2022-ci ildə dünyanın bombardirləri sırasına düşüb.

Bizim.Media xəbər verir ki, “Qarabağ”ın hücumçusu il ərzində vurduğu 25 qolla 67 nəfərlik siyahının 55-ci pilləsində qərarlaşıb.

Onunla birlikdə daha 14 oyunçunun aktivində 25 top var. Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.
Cədvələ Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvard ümumilikdə 56 oyuna çıxıb, eyni sayda fərqlənib. Mbappe ən yaxın izləyicisi olan norveçli Erlinq Haland və braziliyalı Berqsonu 10 qol qabaqlayıb.

Qətərdə keçirilən dünya çempionatında kuboku qazanan Argentina millisinin kapitanı Lionel Messi 35 qolla 11-ci sırada yer alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO