Erməni nazir İranda keyf məclisində yatıb qalıb, görüşə getməyib

Erməni nazir İranda keyf məclisində yatıb qalıb, görüşə getməyib

Hazırda oxunan: Erməni nazir İranda keyf məclisində yatıb qalıb, görüşə getməyib

11286

Erməni mətbuatı Paşinyanın iqtisadiyyat naziri Vahan Kerobyanın bu ilin yanvar ayında İrana etdiyi səfərin pərdəarxası məlumatlarını yayıb. 

Bizim.Media erməni teleqram kanalı “Mediport”a istinadən bildirir ki, Vahan Kerobyan səfər zamanı gecə keyf məclisində yatıb qaldığından növbəti gün süd zavodunda təşkil olunan görüşə getməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Nikolun həyatı və kreslosu – “Öz əli ilə öz başını üzəcək” - FOTO


Hətta içki məclislərinin birində həddini aşdığına görə zəhərlənib də. 

Nazirin orqiyada iştirakı isə xüsusi gündəm olub. Rəqqasələrlə müşayət olunan tədbirdə Kerobyan lap ağlını itiribmiş.

İran kimi bir ölkədə belə məclisin təşkili erməni ictimaiyyətini də çaşdırıb. Onlar nazirlərindən belə şeyləri gözləsələr də, İranda bunun olmasını ağıllarına sığışdıra bilməyiblər.

Nazirin özü isə “Sputnik Armenia” radiosunun efirində qonaq olarkən deyib ki, o, həmin günlər həddindən artıq çox işləyib. Yanvarın 22-dən 26-dək baş tutan İran səfəri zamanı 30 yaxın görüş keçirib. Bunun üçün o hətta səhər 4-də yuxudan qalxdığını da deyib.

Nazir "orqiya" ilə bağlı məlumatların sadəcə həqiqətdən uzaq və gülünc olduğunu vurğulayıb.

O, bildirib ki, süd zavoduna səfərdən daha vacib görüşlər olduğu üçün, həmin ziyarət təxirə salınıb.  

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO