Milli Məclisdə qazi ilə görüş keçirildi

Milli Məclisdə qazi ilə görüş keçirildi

Hazırda oxunan: Milli Məclisdə qazi ilə görüş keçirildi

11284

Fevralın 9-da Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Yusif Əhmədov və bir qrup idmançı ilə növbəti görüş keçirilib.

Milli Məclisin mətbuat və ictiamiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 2020-ci ilin tariximizin yaddaşına qızıl hərflərlə düşməsi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Şanlı ordumuzun döyüş meydanında misli görünməmiş qələbəsi, nəticədə uzun illərdir davam edən nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. 

Adil Əliyev döyüş və diplomatiya meydanında qazanılmış Zəfərimizin idman yarışlarında da uğurla davam etdirilməsinin zəruriliyini bir daha diqqətə çatdırıb, idmanın ölkəmizdə daim diqqət mərkəzində olmasını, ölkəmizin dünyada idmana ən çox önəm verən ölkələrdən olduğunu bir daha qeyd edib.

Vitse-spiker ölkəmizin beynəlxalq olimpiadaların təşkilatçısı kimi nüfuzunu nəzərə alaraq idmançılarımızın da yarışlara daha əzmlə hazırlanmasının zəruriliyini bildirib.

Görüşün sonunda Vətən müharibəsi qazisi Yusif Əhmədova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO