Yad planetlilər bizdən niyə qorxur? – “Guardian” nəşri SƏBƏBİ AÇIQLADI

Yad planetlilər bizdən niyə qorxur? – “Guardian” nəşri SƏBƏBİ AÇIQLADI

Hazırda oxunan: Yad planetlilər bizdən niyə qorxur? – “Guardian” nəşri SƏBƏBİ AÇIQLADI

112814

"Astronavtlar güclü teleskopları ilə kosmosda gəzərkən, şokedici faktla qarşılaşıblar. Belə ki, uzaq qalaktikaların şüaları arasında zəif, lakin sabit bir siqnal var: Yüksək inkişaf etmiş sivilizasiyadan gələn mesaj...".

Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, bunu Sent-Endryus Universitetinin hesablama dili üzrə mütəxəssisi Con Elliott deyib.

“Bu, bütün dünya ölkələrinin hazır olduğu, bəşəriyyət üçün transformasiyaedici hadisə olacaq. Hazırdırlarmı? Baxın, COVID-19 pandemiyası müddətində necə qarışıqlıq yaratdıq. Biz özümüzü başsız toyuqlar kimi apardıq. Biz hər an baş verə biləcək bir hadisəyə elmi, sosial və siyasi cəhətdən hazır deyilik. Bu da yad planetliləri təşvişə salır, onların bizimlə əlaqəsinə əngəl yaradır” - deyə Elliott bildirib. 

Onun sözlərinə görə, növbəti aylar ərzində beynəlxalq tədqiqatçılardan ibarət əsas komanda toplamaq niyyətindədir. Onlar hazırlıq işlərini öz üzərinə götürəcəklər. Sirli siqnalları və hətta artefaktları təhlil edəcək və necə cavab verməli olduğumuzu araşdıracaqlar.
Elliotu əsas narahat edən səbəb isə Yer sakinlərinin bu görüşə hazır olmamasıdır. Onun mülahizələrinə görə, planetimizdə baş verən qarşıdurmalar, müharibələr də digər svilizasiyaların sakinlərini qorxudur:

“Onlar bizə vəhşi kimi baxır, əlaqəyə çıxmaqdan çəkinirlər”.

Anara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO