2023-cü ildə manatı nə gözləyir? - PROQNOZ

2023-cü ildə manatı nə gözləyir? - PROQNOZ

Hazırda oxunan: 2023-cü ildə manatı nə gözləyir? - PROQNOZ

112759

2023-cü ildə Azərbaycan cəmiyyətini ən çox maraqlandıran məsələlərdən biri də manatın məzənnəsidir. Xüsusilə də, dünya iqtisadiyyatında baş verən təlatümlər fonunda manatın sabitliyini qoruyub saxlaya bilməsi sual olaraq qalmaqdadır. 

Mövzunu Bizim.Media üçün şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, 2023-cü il üzrə pronozlar içərisində ən çətinlərindən biri məhz manatın məzənnəsi ilə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

60 MİLYARD DOLLAR bizə nələri diqtə edir? – İqtisadçıdan maraqlı AÇIQLAMA 


“Bu il manatın məzənnəsinin qorunması üçün bütün imkanlar var. Neftin və qazın yüksək qiyməti, müsbət ticarət saldosu, 55 milyard dollardan çox valyuta ehtiyatlarımız, dollara getdikcə azalan tələbat, eləcə də ölkədən xaricə valyuta çıxaran kanalların daraldılması, valyuta ehtiyatlarına nəzarətin gücləndirilməsi və digər nüanslar Azərbaycan hökumətinə imkan verir ki, 2023-cü ildə də manatın məzənnəsinin ucuzlaşması qərarına gedilməsin.

Odur ki, ölkədə makroiqtisadi tarazlığı qoruyub saxlamaq üçün manatın məzənnə stabilliyinə önəm vermək olduqca vacibdir.

Əgər devalvasiya qərarı verilərsə, onun fəsadlarını aradan qaldırmaq üçün lazım olan vəsait, devalvasiyanın qazandıracağı imkanlardan on dəfə artıq olacaq. 

Əminəm ki, hökumət də bunun fərqindədir. Bu məntiqdən yola çıxaraq ehtimal etmək olar ki, bu il ərzində devalvasiya qərarı verilməyəcək. Təbii ki, bu böyük ehtimaldır və mütləq reallıq kimi qəbul edilməməlidir. Sadəcə qeyd olunan situasiya manatın qorunub saxlanılmasına imkan verir”.


Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO