Şəmkirdə ağır QƏZA - Ölən və yaralananlar var

Şəmkirdə ağır QƏZA - Ölən və yaralananlar var

Hazırda oxunan: Şəmkirdə ağır QƏZA - Ölən və yaralananlar var

112755

Şəmkirdə bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Səməd Vurğun küçəsində baş verib. 

Hərəkətdə olan “Hyundai Solaris” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Qəza zamanı 3 nəfər xəsarət alıb. 2006-cı il təvəllüdlü Telman Məmmədli, 2001-ci təvəllüdlü Məhərrəm Məmədov və 2000-ci il təvəllüdlü Samir Pənahov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 17 yaşlı Məhərrəm Məmədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO