Xalq artisti Emin \

Xalq artisti Emin \"Maska\" şousunda çıxışı ilə HEYRƏTLƏNDİRDİ - VİDEO

Hazırda oxunan: Xalq artisti Emin \"Maska\" şousunda çıxışı ilə HEYRƏTLƏNDİRDİ - VİDEO

112717

Xalq artisti Emin Ağalarov Rusiyanın "NTV" kanalında yayımlanan, reytinqləri alt-üst edən "Маска шоу" (Maska şou) verilişinin "Yeni İl" buraxılışında çıxış edib.

Bizim.Media xəbər verir ki, sözügedən layihədə "Qar adamı" kostyumunda səhnəyə çıxan pop ulduz həmkarı Aleksandr Serovun repertuarında yer alan "Сюзанна" mahnısını münsiflər heyəti önündə ifa edib.

Emin əlindən gələni edib ki, təki onun gizləndiyi "Qar adamı" kostyumunda heç bir münsif tanımasın.
Perfomansı ilə münsiflər heyyətini təəccübləndirməyi bacaran Ağalarov başına taxdığı böyük ölçülü "Qar adamı" maskasını çıxartdığı zaman hər kəsi heyrətləndirib.

Münsiflər bildiriblər ki, onlar "Qar adamı" kostyumu altında Emin Ağalarovun olduğunu heç ağıllarına belə gətirməyiblər. Sənətçinin səhnə performansı tamaşaçılar tərəfindən alqış, coşqu və rəğbətlə qarşılanıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO