Qripsinizsə,

Qripsinizsə, "TeraFlyu" kimi dərmanlara aldanmayın – ABŞ-da QADAĞA OLUNUB

Hazırda oxunan: Qripsinizsə, "TeraFlyu" kimi dərmanlara aldanmayın – ABŞ-da QADAĞA OLUNUB

112572

ABŞ-da "TeraFlyu" və bəzi dərmanların qrip, soyuqdəyməyə təsir etmədiyi sübut olunub. Nəşrin məlumatına görə, son vaxtlar getdikcə daha çox insanın qəbul etdiyi “Teraflu”, “Benadryl” və “Tylenol” onlarla reseptsiz həb, sirop və mayelərin siyahısına daxildir. Onların tərkibində burun tutulmalarını aradan qaldırmaq üçün fenilefrin adlı bir maddə var. Həkimlər və əczaçılar araşdırmaların nəticələrinə istinad edərək bildiriblər ki, bu həbləri satmaq olmaz. Amma məlum olduğu kimi qrip, soyuqdəymədən əziyyət çəkən insanlar ilkin yardım üçün bu silsilədən olan dərmanlara üz tuturlar. Ölkəmizdə də sözügedən dərman vasitəsi digər ağrıkəsicilərlə birlikdə aptekdən reseptsiz alınaraq istifadə edilir. 

Bizim.Media-nın həmsöhbəti terapevt Rasif Bağırov bildirib ki, bu sıradan olan dərmanlar müalicə üçün yox, xəstədə müvəqqəti yaxşılaşma üçün nəzərdə tutulub: 

“Bu cür dərmanlar bir qədər qan dövranını yaxşılaşdırır, temperaturu aşağı salır, xəstədə müəyyən canlanma yaradır. Lakin bu, xəstəni müvəqqəti yaxşı hiss etdirsə də, müalicə sayılmadığına görə, xəstə sonra daha da ağırlaşdırır. Buna görə belə preparatlardan istifadə etmək doğru deyil”. 

Həkimin fikrincə, bu cür preparatlar sırf biznes maraqları xatirinə ərsəyə gətirilir:

“Mən inanmıram ki, bu dərmanları hansısa həkim xəstəyə yazsın. Lakin bu dərmanların reklamı çox yaxşıdır. Bu da biznes maraqlarına xidmət edir. İnsanların tələbatına uyğun olaraq hazırlanan bu cür dərmanlar ucuz olsalar da, xəstəni sağaltmır. Bu dərmanlar müvəqqəti, bir-iki saatlıq vəziyyəti yaxşılaşdırmaq üçün istifadə olunsa da, müalicə prosesində heç bir rolu yoxdur”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO