Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış, texnologiyalar parkı ilə yanaşı, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi şəxs və yaxud hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də texnologiya parkının rezidenti sayılacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Vergi Məcəlləsinə olunan əlavə və dəyişikliklərdə əksini tapıb.
Vergi Məcəlləsinə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənarda fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi gələn il yanvarın 1-dən 3 il müddətində 8 min manata qədər olduqda 0 %-lə, 8 min manatdan çox olduqda 5 %-lə, 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində 5 %-lə tutulacaq.
Güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir.
Bundan başqa, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.
Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:22 / 30.12.2022
Texnologiyalar parkının rezidentlərinin siyahısı GENİŞLƏNDİRİLDİ
Hazırda oxunan: Texnologiyalar parkının rezidentlərinin siyahısı GENİŞLƏNDİRİLDİ
Hazırda oxunan: Texnologiyalar parkının rezidentlərinin siyahısı GENİŞLƏNDİRİLDİ
112516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.