Bakıda polis ağır qəza törətdi - Ölən var

Bakıda polis ağır qəza törətdi - Ölən var

Hazırda oxunan: Bakıda polis ağır qəza törətdi - Ölən var

112472

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Bakı-Ələt magistralının Qaradağ rayonu Qobustan qəsəbəsindən keçən hissəsində 1994-cü il təvəllüdlü Emil Əsədullayevin idarə etdiyi “VAZ” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb. 

Nəticədə “VAZ”da olan sərnişin, 1993-cü il təvəllüdlü Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən vəfat edib. 
Qeyd edək ki, qəza törədən sürücü E.Əsədullayev Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantıdır. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO