Şəki Dövlət dram teatrının baş rejissoru MDB-nin Fəxri nişanı ilə təltif olunub - FOTO

Şəki Dövlət dram teatrının baş rejissoru MDB-nin Fəxri nişanı ilə təltif olunub - FOTO

Hazırda oxunan: Şəki Dövlət dram teatrının baş rejissoru MDB-nin Fəxri nişanı ilə təltif olunub - FOTO

112469

Sabit Rəhman adına Şəki Dövlət Dram teatrının baş rejissoru Mirbala Səlimli  2022-ci ilin yekunlarına görə teatr sahəsində göstərdiyi xidmətlərə, o cümlədən MDB ölkələri ilə mədəni əlaqələrin inkişafındakı fəaliyyətinə görə xüsusi mükafata layiq görülüb. 

Bu barədə Bizim.Media-ya Şəki Dövlət dram teatrından məlumat verilib.

Bildirilir ki,  baş rejissor MDB ölkələrinin Parlamentlərarası Assambleyasının təsis etdiyi "Mədəniyyət və İncəsənətin inkişafında xidmətlərinə görə" Fəxri Nişanları ilə təltif olunub.  
Fəxri Nişanları Milli məclisin beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov təqdim edib.

Qeyd edək ki, eyni mükafat Mahnı teatrının bədii rəhbəri Salman Qəmbərova da təqdim edilib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO