Dövlət ərzaq ehtiyatları bu məqsədlərlə İSTİFADƏ EDİLƏCƏK

Dövlət ərzaq ehtiyatları bu məqsədlərlə İSTİFADƏ EDİLƏCƏK

Hazırda oxunan: Dövlət ərzaq ehtiyatları bu məqsədlərlə İSTİFADƏ EDİLƏCƏK

112448

Azərbaycanda dövlət ərzaq ehtiyatlarının istifadə ediləcəyi məqsədlər müəyyən edilir.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:

- qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək;

- iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;

- ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək.

Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci maddəsi (qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək) ilə müəyyən edilmiş haldan başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.

Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) istehsalçılar arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşdırılması, saxlanılması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO