Yüksək təzyiqdən əziyyət çəkənlərə həkimdən bayramqabağı XƏBƏRDARLIQ

Yüksək təzyiqdən əziyyət çəkənlərə həkimdən bayramqabağı XƏBƏRDARLIQ

Hazırda oxunan: Yüksək təzyiqdən əziyyət çəkənlərə həkimdən bayramqabağı XƏBƏRDARLIQ

112445

“Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürülən genetik amillər və yaşam tərzidir. Bunların içində dəyişdirə biləcəyimiz tək amil yaşam tərzidir. Duz istifadəsini məhdudlaşdırmaq, fiziki aktivlik, zərərli maddə və vərdişlərdən uzaq durmaqla hipertoniyanın qarşısını almaq və ya ortaya çıxmasını gecikdirməyə kömək edəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Fərid Əliyev deyib.

Həkimin sözlərinə görə, qan təzyiqin 120/80 mmHg-dan aşağı olması optimal sayılır:

“120-129/80-84 mmHg arası normal, 130-130/84-89 mmHg arası yüksək normal və 140/90 mmHg-dan yüksək olması isə artıq hipertenziya sayılır. Təbii ki, rəqəmlər artıqca hipertenziyanın şiddət dərəcəsi də artır. Yüksək qan təzyiqi 18 yaşından yuxarı olan insanlarda bu şəkildə dəyərləndirilir. Yüksək qan təzyiqi olan insanların 1/3-i xəstəliklərinin fərqində deyil və ancaq bununla bağlı fəsadlar baş verəndə müraciət edirlər. Sistolik qan təzyiqində hər 10 mmHg artım kardiovaskulyar ölümləri 10-20 faiz artmaqdadır. Ölüm səbəblərinin başlıcası işemik insult, beyin qanaxması, miokard infarktı, böyrək çatışmazlığı və s. kimi fəsadlardır”.

Hipertoniyada həyat tərzi necə olmalıdır və nələrə diqqət etməlidir?
 

“İlkin müalicə həyat tərzinə olan müdaxilələrdən ibarət olmalıdır. Xəstənin günlük duz istifadəsi 2-5 qram arasında olmalı, spirtli içki istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalı və Bədən Kütlə İndeksi (BKİ) normallaşdırılmalıdır. Belə ki, BKİ 20-25 kg/m2 və bel çevrəsi kişilərdə 94 santimetr, qadınlarda isə 80 santimetr civarında olmalıdır.


Fiziki aktivliyə önəm verilməlidir (günlük ən az 30 dəqiqə olmaqla, həftədə ən azı 3-5 gün dinamik fiziki məşğələlər). Bu həyat tərzindəki müsbət dəyişiklər ilə özəlliklə başlanğıc mərhələsində olan xəstələrdə dərman ehtiyacı ortadan qaldırıla və ya dərman dozalarının azaldılmasına köməklik edə bilər”, - deyə F.Əliyev qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO