Hüsniyyə: “Azərbaycanda turist kimi yaşamağı öyrəndim” - FOTO

Hüsniyyə: “Azərbaycanda turist kimi yaşamağı öyrəndim” - FOTO

Hazırda oxunan: Hüsniyyə: “Azərbaycanda turist kimi yaşamağı öyrəndim” - FOTO

112404

“Bu il çoxlu sayda yeni insanlarla tanış oldum. Bəziləri həyatımda ciddi dəyişikliklərə səbəb oldular. Ən böyük arzumun təməlini qoydum. Azərbaycanda vətəndaş deyil, turist kimi yaşamağı öyrəndim”.

Bizim.Media xəbər verir ki, aparıcı Hüsniyyə Məhərrəmova bu il həyatında baş verən önəmli hadisələri sosial şəbəkə hesabında paylaşdığı postunda yazıb. 

“48 kiloqram oldum, amma bu xoşbəxtlik uzun sürmədi. İlk dəfə "kokorec" yedim. Сason Momoanı sevməməyə başladım. Bir daha başa düşdüm ki, mən dünyanın ən xoşbəxt insanıyam”.
Məhərrəmova həmçinin 2023-cü ildə əldə etmək istədiklərindən də söz açıb. 

“İstəyirəm Ukraynanın qələbəsini görüm. "SpaceX"də işləyim. İraqa səfər edim. Haruki Murakami ilə görüşüm. Aldığım "graphic designer" kursunu bitirim. Cason Momoanın yerinə yeni ilham pərisi tapım”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO