Rusiya Federal Məclisi Federasiya Şurasının sədrindən İlham Əliyevə MƏKTUB 

Rusiya Federal Məclisi Federasiya Şurasının sədrindən İlham Əliyevə MƏKTUB 

Hazırda oxunan: Rusiya Federal Məclisi Federasiya Şurasının sədrindən İlham Əliyevə MƏKTUB 

112353

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

“Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. 

Siz uzun illərdir millətin görkəmli lideri kimi ölkənin hərtərəfli inkişafı məsələlərinin həllində ən heyranedici nəticələri əldə edərək, Azərbaycan xalqını tərəqqi yolu ilə aparırsınız. Sizin zəngin təcrübəniz, biliyiniz, müdrikliyiniz və rəhbərlik istedadınız, məqsədyönlülüyünüz və işə fədakar yanaşmanız xüsusi hörmətə layiqdir. 
Azərbaycan Respublikasının uğurları həm Sizin mübahisəsiz nüfuzunuzun, həm də aparılan siyasi kursa ümumxalq dəstəyinin əsaslı sübutudur. Sizin təşəbbüsünüzlə respublikada həyata keçirilən dəyişikliklər, milli iqtisadiyyatın inkişafı, nəhəng infrastruktur layihələrinin icrası, xalqın rifahının yaxşılaşdırılması Sizə həmvətənlərinizin dərin hörmətini və yüksək etimadını qazandırmışdır. 

Siz Cənubi Qafqazda təhlükəsizlik və sülh üçün ən vacib amillərdən olan strateji tərəfdaşlığın genişləndirilməsinə və ölkələrimizin müttəfiqliyinə böyük şəxsi töhfə verirsiniz.

Parlamentlərarası əlaqələrə göstərdiyiniz diqqətə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, azərbaycanlı həmkarımızla səmimi dialoqumuz yaranıb və biz sabitliyin möhkəmləndirilməsi, Rusiya və Azərbaycan xalqlarının rifahının daha da yaxşılaşmasına yönələn birgə layihələrin həyata keçirilməsi üçün hər cür səy göstərəcəyik. 

Sizi gözəl həmsöhbət, xüsusilə iti zəkaya və incə yumor hissinə malik hərtərəfli və valehedici insan kimi tanıyıram, aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm. Sizinlə görüşlərimizi və söhbətlərimizi məmnunluqla xatırlayıram. 
Hörmətli İlham Heydər oğlu, əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz bundan sonra da qardaş Azərbaycanın mənafeyi naminə qarşıya qoyulmuş məqsədlərə çatmağa kömək edəcək. Sizə və mehriban ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, rifah və xoşbəxtlik arzulayıram. Qoy, evinizdə daim xoş günlər olsun! 

Sizə olan ən yüksək ehtiramımı qəbul edin”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO