Avropa Komissiyası (AK) hərbi əməliyyatlar nəticəsində dağılmış Ukrayna məktəblərinin bərpası üçün 100 milyon avro ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Leyen rəsmi “Twitter” hesabında məlumat verib.
“Ukraynanın gələcəyi onun uşaqlarından başlayır. Biz Rusiya bombaları ilə dağıdılan məktəbləri bərpa etmək üçün 100 milyon avro sərmayə qoyduq. Uşaqların məktəblərə daha təhlükəsiz gedib-gəlməsi üçün məktəb avtobusları göndərdik. Kompüterləri yığıb çatdırdıq. Odur ki, şagirdlər təhsillərini davam etdirə bilərlər”, - deyə o yazıb.
AK-nın məlumatına görə, Ukraynada müharibə başlayandan indiyədək 2800-dən çox təhsil müəssisəsi dağıdılıb və ya zərər görüb, 5,7 milyondan çox uşaq müharibənin təsirlərini öz üzərində hiss edib.
Bizim.Media
The future of Ukraine begins with its children.
— Ursula von der Leyen (@vonderleyen) December 29, 2022
We are investing €100 million to rebuild the schools destroyed by Russia’s bombs.
Sending school buses so children can go to and from school safely.
Collecting and delivering laptops, so pupils can keep learning.