XİN: “Ermənistanın öhdəliklərini yerinə yetirməməsi normallaşma prossesinə mane olub”

XİN: “Ermənistanın öhdəliklərini yerinə yetirməməsi normallaşma prossesinə mane olub”

Hazırda oxunan: XİN: “Ermənistanın öhdəliklərini yerinə yetirməməsi normallaşma prossesinə mane olub”

112335

“Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüququn təmin edilməsi ilə bölgədə yaranan yeni reallıqlar çərçivəsində maraqlarımızın irəlilədilməsi prioritet təşkil edib”.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında qeyd edilib. 

Məlumatda bildirilib ki, il ərzində davamlı, ardıcıl və məqsədyönlü addımlar nəticəsində Azərbaycan tərəfindən təşviq edilən sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib, bu dövr ərzində beynəlxalq 9 tərəfdaşların vasitəçiliyi və təşkilatçılığı ilə təmaslar məhz Azərbaycanın təşviq etdiyi gündəlik əsasında Ermənistanla birbaşa ikitərəfli danışıqlar formatında irəlilədilib:  

“Normallaşma gündəliyi Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin əsaslarını müəyyən edəcək sülh müqaviləsinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və iki dövlət arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası kimi üç əsas istiqamətdə qurulub.
Bu çərçivədə, əsas inkişaflar qismində Azərbaycanın 2021-ci ildə sülh sazişi imzalanması təklifinə uyğun olaraq, sülh sazişi üzrə baza prinsiplərinin cari ilin fevral ayında Azərbaycan tərəfindən hazırlanıb Ermənistana təqdim edilməsini, 2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iki ölkə arasında gələcək münasibətlərin əsasını təşkil edəcək sülh müqaviləsinin mətni üzrə praktiki danışıqların başlanmasını, eləcə də sərhədin delimitasiyası üzrə hər iki tərəfdən müvafiq komissiyaların təsis edilməsi və bu komissiyaların ikitərəfli əsasda görüşlərinin keçirilməsini qeyd etmək olar”. 

XİN-nin məlumatına görə, Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Ş.Mişelin iştirakı ilə 2022-ci ilin 6 aprel, 22 may və 31 avqust tarixlərində Brüsseldə, Ş.Mişel və Fransa prezidenti E.Makronun iştirakı ilə 2022-ci ilin 4 fevral tarixində virtual, 6 oktyabr tarixində Praqada, 31 oktyabr tarixində Rusiya liderinin iştirakı ilə Soçidə – ümumilikdə 7 görüş keçirilib: 

“31 avqustda Liderlər arasında Brüssel görüşünün nəticəsində qəbul edilmiş bəyanatda sülh sazişinin gündəliyinin irəlilədilməsi istiqamətində Sazişin mətninin hazırlanması, sərhədin delimitasiyası üzrə məsələlərdə irəliyə doğru addımların atılması barədə razılığa gəlinib. Bu razılığa uyğun olaraq, 2 oktyabr tarixində Azərbaycan sülh sazişinin elementlərini qarşı tərəfə təqdim edib və bu istiqamətdə danışıqlar üzrə 2 görüş (Cenevrə və Vaşinqtonda) keçirilib.
Sayca üçüncü olan 23 dekabr Moskva görüşü Ermənistan tərəfinin iştirak etməməsi səbəbindən təxirə salınıb. İl ərzində aparılmış müzakirələr nəticəsində Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasiya prosesi üzrə hər iki tərəfdən dövlət komissiyaları təsis olunmuş, 2022-ci ilin 24 may, 30 avqust və 3 noyabr tarixlərində müvafiq olaraq iki ölkənin şərti dövlət sərhədində, Moskvada və Brüsseldə üç dəfə görüşləri keçirilib.  

Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərə uyğun olaraq, Azərbaycan tərəfi yeni Laçın yolunun çəkilişini vaxtından əvvəl yekunlaşdırıb, Laçın şəhəri, Zabux və Sus kəndlərindən qeyri-qanuni məskunlaşmış ermənilər çıxarılıb və bu ərazilər Azərbaycana geri qaytarılıb. 

Ümumiyyətlə isə, il ərzində Ermənistan-Azərbaycan arasında post-münaqişə dövründə normallaşma istiqamətində ikitərəfli təmaslarda qismən dinamika olmasına baxmayaraq, normallaşmanın hər üç istiqamətində əldə edilmiş tərəqqi gözləntilərə cavab verməyib.
Bunun əsas səbəbini Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün zəruri siyasi iradə göstərməməsi, ziddiyyətli və qeyri-ardıcıl mövqeyi, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırmaq səyləri, xüsusilə normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atması təşkil edir. Bununla yanaşı, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmaq meylləri mövcuddur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO