Güneyli kəndinin qaramat YOLLARI - REPORTAJ

Güneyli kəndinin qaramat YOLLARI - REPORTAJ

Hazırda oxunan: Güneyli kəndinin qaramat YOLLARI - REPORTAJ

112295

Güneyli kəndini rayon mərkəzindən hava xətti ilə cəmi 5-6 kilometr məsafə ayırır. Heç avtomobil yolunun uzunluğu da bir şey deyil, vur-tut 15 kilometr. Amma kəndə gəldiyimiz ilk andan özümüzü orta əsrlərin tam ortasındakı kimi hiss elədik desəm zərrə qədər də bəlağətli çıxmaz.

Əkin sahələrinin kənarı ilə  uzanan yollarda uzun illərdir təmir aparılmadığından  istər kəndarası yollada, istər də məhəlləarası yollarda zığın-palçığın əlindən tərpənmək olmur.

Bizim.Media xəbər verir ki, Güneyli kəndinin əvvəlki adı Badamağacı olub. Rayonda iki Badamağacı kəndi olduğu üçün balaca Badamağacı kəndinin adını dəyişib Güneyli qoyublar. Adı təzə olsa da, yolları köhnədən də köhnədir!.

Sakinlər deyir ki, sovetlər dönəmində bir dəfə kənd yolları asfalt olunsa da, o da illərin qarı-çovğu-nuna tab gətirməyərək dağılıb. Deyirlər yağış ki, yağmağa başladı evdən çölə çıxa bilmirlər. özləri bir yana, heç uşaqları məktəbə apara bilmirlər. Məktəb də ki, qonşu kənddə.
63 yaşlı kənd sakini Ağanənə İmanova deyir ki, kəndimizin yolları yaman gündədir:

“Ay oğul, ayaqlarıma bir bax, güclə gəlmişəm. Az qalır ki, zığın-palçığın əlindən iməkləyə-iməkləyə gəlim. Qar-yağış yağan kimi başımızı evdən çölə çıxara bilmirik. Uşaqlar lap çox korluq çəkir, vaxatı- vaxtında dərsə gedə bilmirlər, təhsildən yayınırlar”.

Kəndə nə təcili yardım, nə də ki, yanğınsöndürənlər vaxtında gələ bilmirlər. Əsasən xüsusi təyinatlı avtomobillə hərəkət etməli olurlar.

Onun da ehtiyat hissələri tez-tez sıradan çıxır. Kənd sakini Yaşar Abdullayevin sözlərinə görə ötən il onun tövləsi yanıb. Yanğınsöndürənlər yolsuzluq ucbatından hadisə yerinə vaxtında gələ bilməyiblər. Ona görə də tövlə tamamilə yanıb kül olub”.
Məsələ ilə bağlı Cəlilabad Rrayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə əlaqə saxladıq.

Bildirdilər ki, 2022-2026-ci ilə qədər olan Dövlət investisiyası proqramı çərçivəsində  ümumi uzunluğu 33 kilometr olan  Hamarqışlaq-Qaraağac -İncilli, Xəlilabad-Güneyli–Soyuqbulaq və digər kəndlərin  yollarının təmiri  nəzərdə tutulub. Bu iilər ərzində proqram çərçivəsində yolların təmiri başa çatacaq.

Yəni, Güneylilər hələ 4 il də gözləməli olacaqlar.

Elşən Feyzullayev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO