BDU-da

BDU-da "Heydər Əliyev İli" ilə bağlı tədbirlər planı QƏBUL OLUNDU 

Hazırda oxunan: BDU-da "Heydər Əliyev İli" ilə bağlı tədbirlər planı QƏBUL OLUNDU 

112210

Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı tədbirlər planı qəbul olunub. 

Bu barədə Bizim.Media-ya ali təhsil müəssisəsinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, BDU-nin rektoru Elçin Babayev Elmi Şuranın iclasında Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunmasını xatırladaraq bildirib ki, artıq ali təhsil müəssisəsinin fakültələrində və Məşvərət Şurasında ulu öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar müzakirələr aparılıb və təkliflər dinlənilib. 
Tədbirlər planında ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, BDU-nun ən böyük məzunu Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı beynəlxalq konfransların, seminarların keçirilməsi, kitabların hazırlanması, xüsusi mühazirələrin və dərslərin təşkili, “Heydər Əliyev təqaüdü”nün təsis olunması və s. məsələlər əks olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO