Kirayədə yaşayanlar kirayə haqqı qədər sosial yardım ALACAQLAR – Mütəxəssisdən İZAH   

Kirayədə yaşayanlar kirayə haqqı qədər sosial yardım ALACAQLAR – Mütəxəssisdən İZAH   

Hazırda oxunan: Kirayədə yaşayanlar kirayə haqqı qədər sosial yardım ALACAQLAR – Mütəxəssisdən İZAH   

112155

Ünvanlı sosial yardım alan vətəndaşlardan kirayədə yaşayanların müavinətinə kirayə haqqı qədər əlavələr ediləcək. Bunu Sosial Müdafiə Fondunun idarə heyətinin sədri Himalay Məmişov açıqlayıb. Onun sözlərinə görə bunun üçün vətəndaşlar Fonda fərdi qaydada müraciət etməli və kirayədə qaldıqlarını təsdiqləməlidirlər.

Vətəndaşlar tərəfindən müraciət edilən zaman ərizə bəyannaməsində kirayə qaldıqları və kirayə müqaviləsinin nömrəsi göstərilməlidir.
Həmin məlumatlar göstərildiyi təqdirdə həm də mənzil şəraiti müayinəsi nəticəsində bu məlumatlar nəzərə alınır. Ünvanlı sosial yardım məbləğində həmin xərc qədər artım məbləğə təsir göstərəcək. 

Əslində bu məsələ illərdir ki, müzakirə olunur. Amma işlək mexanizmi və tətbiqi ilə bağlı hələki məlumatlar yoxdur.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli Bizim.Media-ya bildirib ki, bu layihə hər kəsə şamil olunmayacaq:

“Kimlər ki, ünvanlı sosial yardım alır, onlara şamil olunacaq. Onlar da kirayədə qaldıqlarını sübut edəcək sənəd təqdim etməlidirlər. Yəni evləri yoxdu, məcbur olub kirayədə yaşayırlar.

Ünvanlı sosial yardım alan həmin sənədi müvafiq quruma təqdim edəndən sonra yəqin ki, həmin məbləğ qədər, ya onun bir hissəsi qədər əlavə yardım ala biləcəklər.

Amma bu məsələ uzun müddətdir ki, müzakirə olunur. Alt sənədlərinin və mexanizminin işlənib-işlənməməsi ilə bağlı məlumatım yoxdur. Çox güman ki, mexanizm işə düşsə, aztəminatlı ailələrə müəyyən qədər kömək olacaq. Həm bazara bir dəstək olar, həm də ünvanlı sosial yardıma ehtiyacı olan kateqoriyalı insanlara dəstək olar”.

Ekspert kirayədə yaşayan və sosial yardım alan vətəndaşların müavinətinə kirayə haqqı qədər əlavələr haqda hələki məlumatsız olduğunu bildirib:

“Məbləğ haqda bir söz deyə bilmərəm. Çünki alt sənədləri görməmişəm. Yəqin ki, həmin sənədlər işlənilir. Məlumat açıqlananda xəbərimiz olacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO