Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri İsmayıl Xəlilov kimdir? – DOSYE 

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri İsmayıl Xəlilov kimdir? – DOSYE 

Hazırda oxunan: Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri İsmayıl Xəlilov kimdir? – DOSYE 

112130

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.

Bizim.Media xəbər verir ki, İ.Xəlilov 1967-ci ildə Tər-Tər rayonunda anadan olub.

O, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

1993-1994 illər ərzində Bərdə rayon prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajor, 1994-cü ildə Ağdam rayon prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajor, 1994-1996-cı illərdə Baş Prokurorluğun Mülki işlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru, 1996-2005 illərdə isə Bakı şəhəri, Nizami rayon prokurorunun müavini işləyib. 
2005-2007-ci illərdə İ.Xəlilov Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, 2007-2012-ci illərdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin hakimi, 2012-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2020-ci ildən isə Ali Məhkəmənin hakimi vəzifəsində çalışıb. 

O, mübahisə tərəflərini daha çox barışdırmağa nail olan hakim kimi tanınır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO