Son zamanlarda Gürcüstanda qız qaçırtma, zorakılıq, erkən nigah hallarının baş verməsi gündəmi narahat edir. Gürcüstanın Soğanlıq kəndində baş verən hadisə isə bir daha hər bir azərbaycanlını utanc hissi ilə boğdu.
Bu fikirləri Bizim.Media-ya ictimai fəal Nərgiz Əliyeva səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan Ombudsmanı 11 yaşlı azərbaycanlı qızın nişanlanmasını nəzarətə götürdü - ÖZƏL
Bildirir ki, erkən nigahın yaratdığı fəsadlar cəmiyyət üçün bir faciə olduğunu bizim dərk etdiyimiz kimi azyaşlıların ailələri də anlamalıdır:
“Mən araşdırdım Gürcüstan qanunvericiliyinə görə həmin ailəni ciddi cəzalar gözləyir. Onların Cinayət Məcəlləsinin iki maddəsi ilə cəzalana bilərlər. Qeyd olunur ki, yetkinlər yaşına çatmayan qızları nigaha təklif edənləri 7 ilə kimi cəza gözləyir”.
İctimai fəal əlavə edir ki, regionlarda olan valideynləri maarifləndirmək lazımdır:
“İctimaiyyətin bütün statusunda olan insanlar bu işdə yumruq kimi birləşməlidir. Bizim icmamız və toplum arasında təşkilatlanma güclənməlidir".
"Bəzi kəndlərdə qızlar 5-ci sinifdən sonra məktəbə getmirlər, valideynləri tərəfindən təhsildən yayınırlar. Biz uşaqların təbii hüquqlarının pozulmasının qarşısını almalıyıq”.
Gülşanə Mustafayeva, Bizim.Media