ASCO ilə AYİB arasında 100 milyon dollarlıq razılaşma əldə olunub

ASCO ilə AYİB arasında 100 milyon dollarlıq razılaşma əldə olunub

Hazırda oxunan: ASCO ilə AYİB arasında 100 milyon dollarlıq razılaşma əldə olunub

112115

“Bizim üçün önəmli olan vəsaiti cəlb etmək deyil, vəsaitin effektiv, gəlirlilik dərəcəsi yüksək layihələrə yatırmaqdır”.

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “ASCO istiqrazları”nın tədavülə buraxılması münasibətilə keçirilən tədbirdə ASCO sədri Rauf Vəliyev jurnalistlərin sullarını cavablandırarkən deyib.

O qeyd edib ki, Xəzər Dəniz Gəmiçiliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında ilkin razılaşma var: 

“Bank tərəfindən mandat məktubu imzalanıb. Həmin bankda Xəzər Dəniz Gəmiçiliyinin gələcək layihələrini maliyyələşdirmək üçün vəsait ayırmağa hazır olduqları bildirilib. Burada əlbəttə, tək bankın yox, eyni zamanda gəmiçiliyin də müəyyən şərtləri var. Biz həmin kreditin dövlət zəmanəti olmadan birbaşa gəmiçiliyə verilməsinin tərəfdarı olmuşuq. Mandat məktubunda da dövlət zəmanəti tələb olunmadan gəmiçiliyə 100 milyon dollar və gələcəkdə daha çox vəsait krediti ayırmağa hazır olduqlarını bəyan ediblər”.

Faiz dərəcələrinə qaldıqda isə sədr bildirib ki, bununla bağlı son qərar qəbul olunmayıb:

“Bizim üçün önəmli olan vəsaiti cəlb etmək deyil, vəsaitin effektiv, gəlirlilik dərəcəsi yüksək layihələrə yatırmaqdır. Faiz dərəcələri ilə bağlı son qərar qəbul olunmasa da, gözləntilərimizə görə, təxminən 5 % ətrafındadır”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO