BQXK-nın avtomobilləri Ermənistandan Xankəndi xəstəxanasına tibbi ləvazimat gətirib

BQXK-nın avtomobilləri Ermənistandan Xankəndi xəstəxanasına tibbi ləvazimat gətirib

Hazırda oxunan: BQXK-nın avtomobilləri Ermənistandan Xankəndi xəstəxanasına tibbi ləvazimat gətirib

112106

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistana 3 ağır xəstə aparan avtomobilləri Xankəndiyə geri qayıdıb.

Avtomobillərdə Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar gətirilib. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb. Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.

Qeyd edək ki, bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsindən Xankəndi xəstəxanasındakı 3 nəfər ağır xəstənin Ermənistana təxliyə olunmasına şərait yaradılması ilə bağlı müraciət daxil olub.
Azərbaycan tərəfi müraciətə müsbət cavab verib, xəstələrin Xankəndidən Ermənistana aparılmasına şərait yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO